Putinin rubl qərarı Qərbdə çaşqınlıq yaratdı: Qazın ödənişi necə həyata keçiriləcək?

Putinin rubl qərarı Qərbdə çaşqınlıq yaratdı: Qazın ödənişi necə həyata keçiriləcək?
Rusiya Prezidenti Vladimir Putin ötən gün təbii qazı Avropaya rublla satmaq barədə qərar verib.
 
Verilən qərarın mexanizminin bir həftə ərzində hazırlanması və ən qısa zamanda qüvvəyə minməsi tapşırılıb. Bu qərar Avropada birmənalı qarşılanmayıb. Avropa mexanizmin necə tətbiq ediləcəyindən məlumatsızdır. Digər tərəfdən, bəzi rəsmilər Putinin bu qərarını sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin başlaması kimi şərh edir. 
 
Maraqlıdır, Putinin qərarı sonrası rus rublu necə alınacaq və qazın ödənişi necə həyata keçiriləcək? 
 
Sfera.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli məsələni belə şərh edib:
 
"Birincisi, Rusiya 2021-ci ildə Avropa və Türkiyəyə 185,1 mlrd. kubmetr qaz ixrac edib. Rusiya keçən il Türkiyəyə 32 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da uzunmüddətli müqavilələrlə tənzimlənir, qiymət də 2026-cı ilə qədər neft qiymətlərinə bağlı formulla müəyyənləşdirilir. Yəni Rusiya Türkiyəyə satdığı qazın şərtlərini dəyişdirə, qiymətlərini özbaşına yüksəldə bilməz – Türkiyə həm də Rusiya qazının tranzitini həyata keçirir, Moskva Türkiyə üçün qiyməti özbaşına artırsa, rəsmi Ankara da tranzit haqqını artıracaq. Rusiyanın Avropa ölkələrinə satdığı qazın keçən il ortalama qiyməti hər 1000 kubmetr üçün cəmi 274 dollar olub, çünki Rusiya qazı Avropaya daha çox boru xətləri ilə satır (Şimal Axını-1 ilə 55 mlrd. kubmetr, yerdə qalanı isə Ukrayna, Türkiyə üzərindən). Müqavilələrin 80 faizi uzunmüddətlidir, qiymətlər, əsasən, neftə bağlı formulla hesablanır, müqavilələrin şərtləri çox sərtdir, Rusiya bunu birtərəfli poza bilməz. Rusiya satdığı qazın 20 faizini (LNG və spot bazarı) rubla keçirə bilər, amma bunu ilin 1-ci yarısında etmək mümkün deyil, bunun üçün həm infrastruktur yoxdur, həm də müqavilələri ancaq ilin 2-ci yarısı yeniləmək mümkündür. 


İkincisi, Rusiya Ukraynaya təcavüzü başlayarkən zatən öz şirkətlərinə (Qazprom, Sibneft, Rossneft və s.) valyuta mədaxillərinin 80 faizini Mərkəzi Banka satması (əslində birjada satması ilə bağlı qərardır, amma indi zatən birjada ancaq MB valyuta ala bilir) ilə bağlı qarar vermişdi, yəni zatən Rusiya öz neftinin və qazının 80 faizini dolayısı ilə rubulla satır (Mərkəzi Bankın ehtiyatlarını artırmaq üçün), indi Putin, "rubulla qaz satacağıq”, - desə nə olur, deməsə nə olur ki?!
 
Bəs, niyə nefti rubulla satmaqla bağlı qərar vermədi?
 
Çünki bu mümkün deyil, fyuçerslər təqribən 2 ay qabağa və dollarla fiksə edilir. Rusiya, hətta öz qazının 20-30 faizini belə rubla çevirməyə nail olsa, yenə özünə ziyan vuracaq, çünki məzənnə fərqi sığortası işə düşəcək, qiymətlər oynaq olacaq, məzənnə fərqində Rusiya uduzacaq. 


Üçüncüsü, bu gün Rusiyada qiymətli kağızlar bazarı bir ay fasilədən sonra açıldı – cəmi 30 şirkətin qiymətli kağızı satışa çıxarılıb, alan Mərkəzi Bankdır (daha çox, öz şirkətlərini dəstəkləmək üçün), indi birja yoxdur Rusiyada. Çünki böyük məhdudiyyətlər, alış-satışlara qadağalar var, qısa pozisiyalar qadağandır. Bu isə artıq birja deyil. 


Dördüncüsü, bu gün Mərkəzi Bankın rublla bağlı rəsmi məzənnəsinin heç bir əhəmiyyəti yoxdur, o məzənnəyə dollar almaq mümkün deyil, yalnız Mərkəzi Bank alır. Bu gün Rusiyada real satış məzənnəsi 1 dollar 135,67 rubl, 1 avro 145,33 rubldur. Məzənnə budur. Hətta RBC belə təqdim edir. Bu gün Mərkəzi Bank alıcı kimi öz şirkətlərindən 1 dolları 96,20 rubla, 1 avronu isə 105,63 rubla alır – belə yanaşma ilə əslində öz şirkətlərini çökdürür”.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...