Paşinyan sülh müqaviləsini imzalamağa tələsir: İrəvan Kremlin təsirindən çıxmaq üçün... - Şərh

Media
21:58 / 24.03.2022
2059
"Paşinyan tələsir. O başa düşür ki, nə qədər ki, Azərbaycanla müharibə davam edir və yekun sülh müqaviləsi imzalanmayıb Kremlin təsirindən çıxıb arzuladığı kimi Qərbə inteqrasiya edə bilməyəcək".
"Paşinyan hökumətin iclasında açıqca etiraf edib ki, gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırlar. Yəni Ermənistan sülh müqaviləsinin imzalanmayacağı təqdirdə Kremlin əlinin altında oyuncaq olacağını yaxşı bilir. Mən əminəm ki, Ermənistan ilə Azərbaycan arasında gərginlik büsbütün yox olsa idi, bu gün Ermənistan da Rusiyaya qarşı sanksiya tədbiq edən ölkələr sırasında olardı.
"Ermənistanın faktiki olaraq Qərbin Rusiyaya tətbiq etdiyi sərt sanksiyalara qoşulması, mart ayında Rusiyaya ixracı 30 faiz azaltması sual yaradır. Görünür, rəsmi İrəvan gizli-gizli Qərbin sanksiyalarına dəstək verir. Bu həm də ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi İrəvanın Kremlə xəyanətini rəsmən elan edəcəyi gündür”.
Turan Rzayev
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın hökumətin iclasında "Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır" sözlərini şərh edərkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Paşinyan həqiqətən Rusiya təsirindən çıxmaq istəyirsə, o zaman yekun sülh müqaviləsinin imzalanması düşündüyümüzdən də tez ola bilər.
"Paşinyan hökumətin iclasında açıqca etiraf edib ki, gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırlar. Yəni Ermənistan sülh müqaviləsinin imzalanmayacağı təqdirdə Kremlin əlinin altında oyuncaq olacağını yaxşı bilir. Mən əminəm ki, Ermənistan ilə Azərbaycan arasında gərginlik büsbütün yox olsa idi, bu gün Ermənistan da Rusiyaya qarşı sanksiya tədbiq edən ölkələr sırasında olardı.
Ənənəvi erməni siyasəti heç zaman dəyişmir. Ermənilər vaxtı çatanda canla-başla xidmət etdikləri ağalarını arxadan vurmağı bacarır. Gec-tez bu Rusiya üçün də belə olacaq”.
Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın mart ayında Rusiyaya ixracı 30% azalıb: