"NATO Rusiyanın Ukrayna ilə məhdudlaşmayacağını bilir" - Kremlin işğalından XİLAS YOLU

Fevralın 24-də hava məkanımızı bağlamaq üçün sizə müraciət etdim. Sizdən dəqiq cavab eşidə bilmədik. Ukraynanın raketlərə qarşı güclü silahları yoxdur. Onlardan daha az təyyarəmiz var, ona görə də ruslar kütləvi qırğın hücumları təşkil edə bilirlər. Ukrayna ordusu bir aydır bərabər və ədalətsiz şərtlərlə müqavimət göstərir. Sizin min təyyarəniz var, amma bir dənə də ala bilmədik. Sizin 20 mindən çox tankınız var və bunun bir faizini satmağınızı xahiş etdik, dəqiq cavab ala bilmədik.
 
Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
 
"Müharibədə kömək çağırışlarına cavab almamaq dəhşətli bir şeydir. Biz sadəcə yaşamaq istəyirik. NATO-nu günahlandırmırıq. Bunlar sizin raketləriniz, bombalarınız deyil.

Bu səhər bizi fosfor bombası ilə vurdular. Uşaqlar və yetkinlər öldü. NATO istədiyimiz silahları versə, bizi Rusiyanın işğalından qoruya bilər. NATO Rusiyanın Ukrayna ilə məhdudlaşmayacağını bilir və Kremlin hücumundan qorxur. Ruslar Baltikyanı ölkələrə, Polşaya qədər gedəcəklər. Düzünü desəm, Budapeşt memorandumu bizim torpaqlarımızda işləmirdi. Dəstəyinizə görə minnətdarıq. Əlinizdə olan təyyarə və tankların bir faizini bizə verə bilərsiniz. Bu silahlar əlimizdə olarsa, bu sizə və bizə yüz faiz təhlükəsizlik zəmanəti verəcək. Belə müqavimətdən sonra heç vaxt bizə deməyin ki, ordumuz NATO standartlarına uyğun deyil. Standartlarımızın nə olduğunu göstərdik. NATO həm də insanların təhlükəsizliyi üçün nə edə biləcəyini göstərə bilər. Ukrayna konkret addımlar, konkret təhlükəsizlik zəmanəti gözləyir. Şərtlərimiz artıq masadadır. Bizə dəstək olanlara təşəkkür edirik. Yaşasın Ukrayna", - Zelenski bildirib.
 
Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Hindistanın "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox in...

Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - VİDEO

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.   Sfera.az xəbər verir ki, bu b...

“Bunlar boş şeylərdir” - Fərqanə Qasımova

Xalq artisti Alim Qasımovun toyda rep oxuması ilə bağlı görüntülər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksəriyyət onu bu hərəkətlərinə görə tənqid edib....

Sağ qalan sərnişin qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim...