Neftin qiyməti 114 dolları keçdi

İqtisadiyyat
23:59 / 21.03.2022
4430
Dünya bazarında Brent markalı neftin qiyməti 114 dollara çatıb.
Sfera.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılması üçün fyuçers müqaviləsinin dəyəri 6%-ə qədər artıb və bir barel üçün 114,42 dollara çatıb.
Ticarət platformasında WTI markalı neftin qiyməti 5,66% artaraq 1 barelə görə 108,78 dollar olub.