TuranBank-ın Tovuz filialı artıq yeni ünvanda - FOTOLAR

TuranBank-ın Tovuz filialı artıq yeni ünvanda - FOTOLAR

Ölkənin iqtisadi və mədəni həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə, regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.


Filial şəbəkəsinin transformasiyası istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Bankın Tovuz filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə vermişdir. Baş tutan açılış mərasimində rayonun və Bankın rəhbər şəxsləri iştirak etmişdir.

 

Bundan sonra filial Tovuz şəhəri, Sabir küçəsi 15 ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə rayon sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Tovuz filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz://bit.ly/3v4Vnar.

 

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini //bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.


 

TuranBank

Bizimlə etibarlıdır...

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...