Rusiya-Ukrayna müharibəsinin MÜMKÜN TƏSİRİ - Azərbaycanın tranzit rolunu artıracaq

Rusiya-Ukrayna müharibəsinin MÜMKÜN TƏSİRİ - Azərbaycanın tranzit rolunu artıracaq
2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri vasitəsilə daşınan tranzit neftinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin ilk 2 ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 393,1 min ton tranzit nefti daşındığı halda, bu ilin eyni dövründə 801 min ton tranzit nefti daşınıb. 

Bu il daşınan tranzit neftin 430 min tonu yanvarda, 371 min tonu fevralda nəql edilib. 

Azərbaycanın BTC kəməri ilə daşınan tranzit nefti Qazaxıstana məxsusdur. Qazaxıstan 2021-ci ildə 85,7 milyon ton neft hasil edib və həmin neftin 67,6 milyon tonu ixraca yönəldilib. 

Qazaxıstan neftinin 80 faizi Rusiyanın ixrac kəmərləri və dəmir yolu vasitəsilə daşınıb, 3,5 milyon tonu BTC ilə göndərilib. 

BTC kəmərinin ötürücülük qabiliyyəti ildə 50 milyon tondur və Azərbaycan bunun 60 faizindən istifadə edə bilir. 

Yaranmış yeni geosiyasi və hərbi vəziyyətdə Qazaxıstan neftinin avropalı alıcıları yeni tələblər irəli sürə bilər. Alıcılar Rusiyanın tranzit imkanlarının azaldılması üçün Qazaxıstandan BTC ilə ötürülən neftin həcminin artırılmasını istəməsi mümkündür. 

Bu halda gözləmək olar ki, qarşıdakı aylarda tranzit olunan neftin həcmi artsın. Geosiyasi vəziyyətdən asılı olmayaraq da yaxın illərdə Qazaxıstan Azərbaycanın neft ixrac kəmərlərindən daha çox nəql həyata keçirməyə məcbur qalacaq. Çünki plana əsasən, Qazaxıstanın hasilatı 2025-ci ildə 100 milyon tona, 2030-cü ildə 120 milyon tona yüksələcək. Bu vəziyyətdə Qazaxıstanın qarşısında BTC-nin imkanlarından faydalanmaqdan başqa yol qalmır. 

Buna görə də növbəti illərdə də BTC ilə göndərilən tranzit neftinin həcminin artması realdır. 

Vasif

OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....