Novruz bayramında əhali ən çox hara üz tutur? - Ölkədə turizmlə bağlı SON VƏZİYYƏT

Novruz bayramında əhali ən çox hara üz tutur? - Ölkədə turizmlə bağlı SON VƏZİYYƏT
Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycana turist axını məsələsi də aktuallaşır. Eyni zamanda yerli turistlər də bayram tətilini keçirmək üçün adətən bölgələrə üz tuturlar. 

Maraqlıdır, bayram ərəfəsində Azərbaycana daha çox hansı ölkələrdən turistlər gəlir? Yerli turistlər istirahət üçün hansı bölgələrə üstünlük verir? 

Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndəsi Göydəniz Qəhrəmanov bayram ərəfəsində Azərbaycana daha çox ərəb ölkələrindən turistlərin gəldiyini bildirib:

"Azərbaycana hazırda daha çox ərəb ölkələrindən turistlər gəlir. Keçən ilə nisbətdə bu ölkədən gələn turistlərin sayı indi daha çoxdur. Bu da pandemiya ilə əlaqədardır. Düzdür, indiki nəticə 2018-2019-cu illərlə eynilik təşkil etmir, lakin ümumilikdə turist axınında canlanma var. Təəssüflər olsun ki, Rusiya və Ukraynadan müharibə səbəbilə ölkəmizə gələn turistlərin sayı azalıb, birbaşa reyslər dayandırılıb. Ümid edirik ki, yay aylarına doğru iki ölkə arasında münaqişə bitər və həmin ölkələrdən də turistləri qəbul edə bilərik”. 

Ekspert yerli turistlərin üz tutduğu bölgələrin adlarını da açıqlayıb:

"Novruz tətili ilə bağlı isə paytaxt Bakıdan daha çox regionlara üz tuturlar. Artıq bəzi bölgələrin otellərində canlanma var. Yerli turistlər adətən Şamaxı, Şəki, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Masallı, Quba və Qusar istiqamətinə səfər edirlər.  Lakin bu, yalnız Novruz tətili müddəti üçün aktualdır, çünki bayramdan sonra bölgələrə səfərlər azalır”. 

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.   Sfera.az  xəbər ...

Nikahdan kənar uşaqların sayı artır - Səbəb NƏDİR?

Dünyaya gələn uşaqların təxminən 15 faizi nikahda olmayan qadınlar tərəfindən doğulur. Son illərdə bu nisbətdə azalma müşahidə edilmir və təxminən faiz nisbəti ...

Sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir -Hikmət Hacıyev

Regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir.   Sfera.az "report"a istinadən xəbər verir ki, ...

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur şəhid ailələri v...

Azərbaycanın neft hasilatı və satışı azalıb - Rəsmi

Bu il Azərbaycanın neft hasilatı və satışı azalıb.   Sfera.az-a Energetika Naziliyindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında respub...

Bu məşhur cütlük toya hazırlaşır

Timoti Şalame Kayli Cennerə evlilik təklifi etməyə hazırlaşır və artıq 150 brilyantdan ibarət 300 min dollarlıq nişan üzüyü alıb.   Sfera.az xəbər ve...