Putin Avropa aviaşirkətlərinə məxsus yüzlərlə təyyarəyə əl qoydu

Putin Avropa aviaşirkətlərinə məxsus yüzlərlə təyyarəyə əl qoydu
Rusiya ABŞ və Avropa lizinq şirkətlərinə məxsus yüzlərlə kommersiya təyyarəsini müsadirə etmək qərarına gəlib.
 
Sfera.az bildirir ki, bununla bağlı Vladimir Putin qərar imzalayıb. Bir müddətdir ki, Moskvanın öz ölkəsindəki əcnəbilərin aktivlərini ələ keçirəcəyi müzakirə obyekti olsa da, ilk konkret addım bu həftə atılıb. 

Kremldən verilən məlumata görə, Putin Rusiya aviaşirkətlərinə xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri Rusiyada qeydiyyatdan keçirməyə və bu təyyarələrə yerli uçuşa yararlılıq sertifikatı verməyə icazə verib. Qanun layihəsi Rusiya aviaşirkətlərinin icarəyə götürdükləri təyyarələri ələ keçirib daxili marşrutlarda istifadə etməsinə imkan verəcək. Eyni zamanda sözügedən qərar, xarici şirkətlərin Rusiya hökumətinin icazəsi olmadan təyyarələrini geri almasını çətinləşdirəcək.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən çox təsirlənən sektorlardan birinin hava yolu sənayesi olduğu da bildirilib. 

"Cirium” aviasiya şirkətinin məlumatına görə, Rusiya aviaşirkətləri 305 "Airbus” və 332 "Boeing” təyyarələrini istifadə edir. Məlumata əsasən, ölkədəki xarici təyyarələrin 85 faizi ümumi dəyəri 12,4 milyard dollar olan lizinq şirkətlərinə məxsusdur. "Airbus” və "Boeing” kimi Qərb təyyarə istehsalçıları artıq Rusiya aviaşirkətlərinin öz təyyarələrinə texniki qulluq göstərməsi və uçması üçün lazım olan ehtiyat hissələrinə girişi dayandırıb. Bununla belə, şirkətlərin icarəyə götürdükləri təyyarələri Rusiya ərazisində olarkən necə geri ala biləcəyi bəlli deyil.  Sözügedən şirkətlərdən indiyə qədər heç bir açıqlama verilməyib. Onların hətta təyyarələri geri istəyəcəkləri də məlum deyil.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim...

Tarixi Zəfərimiz sübut etdi ki, Heydər Əliyev siyasi irsinin ölkəmizdə alternativi yoxdur

Müasir Azərbaycan tarixi yalnız özümüz üçün deyil, bir çoxlarına ibrət nümunəsidir. Ədalətsizliklə üzləşən xalqlar Azərbaycan gerçəkliyində görürlər ki, ictənil...

Qaçırıldığı üçün dağlarda canavarlarla yaşamaq məcburiyyətində qalan adam

Markos Rodriqes Pantoja İspaniyanın Anora şəhərində anadan olub. Şəhərdən qaçırılaraq dağlarda yaşamağa məcbur edilən Pantoja bir müddət sonra canavarlarla yaşa...

Tramp təsdiqlədi: İsrail və İran arasında genişmiqyaslı münaqişə olacaq

Yaxın Şərqdə İsrail və İranın iştirakı ilə genişmiqyaslı münaqişə təhlükəsi yaranıb.   Sfera.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin sualların...

Elvin Hüseynov ölkəni tərk edibmiş: axtarışa verildi -RƏSMİ

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. İ...