Polis rəisi vəzifəsindən azad olundu
Dünya
19:22 / 08.08.2016
1651
Yerevan şəhər polis idarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-də tutduğu vəzifədən azad edilib.
Trend erməni mətbuatına istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
Ermənistan polisində xidməti araşdırma nəticəsində bir neçə polis əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və şiddətli töhmət alıb.