Banklarımızın xarici borcu azalıb
İqtisadiyyat
18:34 / 08.08.2016
1685
Kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi iyulun 1-nə 6 625,8 mln. manat təşkil edib.
Sfera.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu rəqəm iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 67,9 mln. manat azdır. İlin əvvəlinə olan göstərici ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 578,7 mln. manat azalıb.
Hesabat dövründə bankların xalis xarici aktivləri 1582,7 milyon manat olub. Manatla depozitlər 4119,4 milyon manat, xarici valyuta ilə 11044,1 milyon manat təşkil edib.