Milli Məclisdə boş qalan yerlərin sayı artdı - Seçkilərə nə vaxt start veriləcək?

Milli Məclisdə boş qalan yerlərin sayı artdı - Seçkilərə nə vaxt start veriləcək?
Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb. 
 
Sfera.az bildirir ki, millət vəkilinin mandatından imtina etməsi ilə deputatsız dairələrin sayı 7-yə çatıb. Belə ki,  2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. 

Ötən ilin yayında deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda  isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib.

Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Hələ ki, parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib. Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ay öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi  yaxın zamanda gerçəkləşəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir. Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...