MİT təqaüdü qazanan Salmanla bağlı maraqlı faktları açıqlandı - FOTOLAR

MİT təqaüdü qazanan Salmanla bağlı maraqlı faktları açıqlandı - FOTOLAR
"Bu uğuru gözləyirdik. Çünki o gün ərzində 12-13 saat dərslə məşğul olurdu, həm beynəlxalq olimpiadalara, həm öz fənlərinə, həm SAT-a, həm də İELTS imtahanına hazırlaşırdı”.

Sfera.az xəbər verir ki, bu sözləri Bakupost.az-a dünyanın ilk onluğunda olan Massaçusest Texnologiya İnstitutunun (MİT) təqaüdünü qazanan Salman Hüseynovun atası Zaman Hüseynov deyib.

O, Salmanın MİT təqaüdünü qazanması ilə yanaşı, bir sıra başqa uğurlarını da qeyd edib:



"Mən Salmanın həm valideyni, həm də kimya müəllimiyəm. Onun ibtidai sinif müəllimi isə anası Hüseynova Sameradır. Biz müəllim ailəsiyik və təbii ki, onda bu istedadı hiss edirdik. O, 7-ci sinifə keçəndə biz artıq kimya kursunu tamamladıq. 8-ci sinifdə oxuyarkən biologiya fənni üzrə 9-cu siniflər arası Respublika Fənn Olimpiadasının qalibi oldu.

Sonra 9-cu sinifdə Kimya fənni üzrə bürünc, 10-cu sinifdə isə yenə Kimya fənni üzrə qızıl medala layiq görüldü. 10-cu sinifdə oxuyarkən həm Beynəlxalq Mendeleyev Olimpiadasının, həm də 52-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçısı oldu. 2021-ci ildə Yaponiyada keçirilən 53-cü Beynəlxalq Kimya Olimpiadasında 3-cü yeri əldə edərək bürünc medal qazandı.

O cümlədən, 9-cu sinifdə beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərə başladı. Sonra İELTS imtahanı verərək 9 bal üzərindən 8 bal topladı. Daha sonra SAT imtahanında 1600 bal üzərindən 1520 bal topladı. Biz də bir valideyn kimi onunla məşğul olurduq, hazırlaşdırırdıq. Amma İELTS imtahanına onlayn formatda hazırlaşdı. Biz sənədləri 5 Amerika universiteti, 2 Asiya universiteti üçün qeyd etdik. Nəticədə isə dünyanın 1 nömrəli məktəbi olan MİT-dən xəbər aldıq. Onun bu cür uğur qazanacağını bilirdik”.



Zaman müəllim Salmanın böyük qardaşının da təhsildə uğurlar qazandığını qeyd edib:

"Böyük oğlum Hüseynov Tərlan da beynəlxalq və fənn olimpiadalarının qalibi olub. Tibb Universitetinə 640 balla qəbul olub. Hazırda Müalicə-Profilaktika ixtisası üzrə 2-ci kursunda oxuyur və əlaçı təqaüdü alır. Regionda müstəqillik dövründə ilk dəfə olaraq Astarada məktəbi qızıl medalla bitirdi, təhsil naziri Emin Əmrullayev tərəfindən təltif olundu.

O da Respublika Fənn Olimpiadasının Kimya fənni üzrə, həm də beynəlxalq hazırlıq laboratoriyasının qalibi olub. Hər iki qardaşın uğurları böyükdür və bizim üçün çox böyük fəxarətdir. Müəllim kimi daha böyük qürur duyuram. Hər ikisini Kimya fənni üzrə olimpiadalara mən hazırlaşdırmışam”.

Z.Hüseynov oğlunun 11-ci sinfi bitirdikdən sonra gələn tədris ilində təhsil almaq üçün xaricə yollanacağını bildirib.

"Oğlum çox sevinir, amma büruzə vermir. İstədiyi yerə daxil olub. Biz də çox sevinirik. Dövlətimiz üçün də sevinirik ki, nə qədər belə uşaqlar təhsil alsa, gələcəkdə hər birimiz üçün uğurlu olacaq”, - deyə fikirlərini tamamlayıb.

Qeyd edək ki, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.
 


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...