Siqaretlərin də aksiz dərəcələri qaldırıldı - RƏSMİ

Siqaretlərin də aksiz dərəcələri qaldırıldı - RƏSMİ
Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb

Sənədə əsasən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 43 manatdan 46,5 manata qədər artırılıb.

Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksiz dərəcəsi 1000 ədəd üçün 12,9 manatdan 14 manata çatdırılıb.

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi 1 kq üçün 30 manat təşkil edib.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat olub.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...