Ali məktəblərə qəbulda dəyişiklik edildi - RƏSMİ

Ali məktəblərə qəbulda dəyişiklik edildi - RƏSMİ
"Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.

I ixtisas qrupu:

riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);

riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1).

I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

Qaydalara 1 nömrəli əlavə - "İxtisas qrupları və ixtisaslar”ın I ixtisas qrupu sütunu "İxtisasların adı” sətrindən sonra "Riyaziyyat-kimya (RK) altqrupu” və "Riyaziyyat-informatika (Rİ) altqrupu” adlı iki sütuna bölünməklə aşağıdakı redaksiyada verilib:
 


OXŞAR XƏBƏRLƏR

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...