Rusiya “Ukrayna planı”nı həyata keçirsə... - MDB ölkələrini gözləyən BÖYÜK TƏHLÜKƏ

Rusiya “Ukrayna planı”nı həyata keçirsə... - MDB ölkələrini gözləyən BÖYÜK TƏHLÜKƏ
"Rusiyanın Ukraynaya hücumu təbii ki, bu və ya digər formada Azərbaycana da təsir edir. Bunu həm siyasi, həm də iqtisadi anlamda deyə bilərik”.
 
Bunu Sfera.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Müsahibimiz bildirib ki, Azərbaycanın postsovet məkanı ölkələrindən biri olduğunu nəzərə alsaq, Ukrayna-Rusiya müharibəsi bizə digər Avropa ölkələrindən daha çox təsir edir:

"İstənilən halda, Rusiyanın zəifləməsi, imic itirməsi və yaxud ordusunun itki verməsi, siyasi elitasının dünyada nüfuzdan düşməsi Azərbaycana sərf edir. Çünki ən azı Qarabağ münaqişəsində Azərbaycanın tammənalı olaraq, birdəfəlik bu problemi həll etməsində əsas maneə olan ölkələrdən biri Rusiyadır. Odur ki, Rusiyanın zəifləməsi və Ukraynadan məğlub olaraq çıxması ölkəmizə sərfəlidir. Sərf etməsə belə, biz işğalçı siyasətin əleyhinə olmalıyıq və suveren ölkənin ərazisinə müdaxiləni pisləməliyik. Əgər bu gün Ukraynanın ərazisinə girirlərsə və orada işğalçılıq siyasəti aparırlarsa, buna müxtəlif adlarla don geyindirirlərsə, sabah eyni hərəkəti Azərbaycana qarşı da edə bilərlər. Unutmayaq ki, Azərbaycanın da Rusiya ilə sərhədləri mövcuddur – eyni bəhanələrlə Rusiya Azərbaycana da gələ bilər”.

T.Abbaslı Rusiyanın müharibədə qalib gələcəyini düşünmədiyini vurğulayıb:

"Ola bilsin ki, Rusiya Kiyev şəhərini işğal edə, rejimi dəyişə, xalqın seçdiyi iqtidarı – Zelenskini hakimiyyətdən göndərə , özünə yaxın bir adamı təyin edə bilər. Yaxud Ukraynanın zamanında Almaniyanın qərbə və şərqə bölünməsi kimi məsələ ortaya qoyula, separatçı ocaqların sayı artırıla bilər. İstənilən halda, Rusiya bu müharibədən məğlub çıxıb – imicinə böyük zərər dəyib, uzunmüddətli Rusiyanı dizüstə çökdürəcək sanksiyalar tətbiq olunub və s. Düzdür, bu sanksiyaların nə qədər davam edəcəyi məlum deyil, amma hər halda, iqtisadi baxımdan ölkəyə kifayət qədər ziyan vurub. Bütün bunları nəzərə alsaq, Rusiya Ukraynanı işğal etsə belə məğlubdur. Burada məsələni nisbətən fərqli edən Türkiyənin Azərbaycanın yanında olmasıdır. Çünki Rusiya "Ukrayna planı”nı həyata keçirsə, bir versiya da var ki, digər MDB dövlətlərini də nəzərdən keçirəcək, orda da nələrsə etmək istəyəcək. Amma Azərbaycana məcburdur ki, fərqli yanaşsın, bizim Türkiyə kimi müttəfiqimiz var”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəstəxanalardakı uzun növbələrə çarə - VİDEO

Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.   Sfe...

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib...

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verir...

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....