Azərbaycanda bu şirkətlərdə çalışanların diplomları tanınmayacaq - AÇIQLAMA

Azərbaycanda bu şirkətlərdə çalışanların diplomları tanınmayacaq - AÇIQLAMA

Kollegial Biznes Məktəblərinin İnkişafı Assosiasiyası, Biznes Məktəbi Məzunları Assosiasiyası, MBA Proqramları Assosiasiyası və idarəetmənin inkişafı ilə məşğul olan biznes məktəbləri, şirkətlər və assosiasiyaların qlobal şəbəkəsinin birgə bəyanatında deyilir ki, Rusiya təhsil diplomları artıq dünyada tanınmayacaq.

 

Maraqlıdır, bu qərar Azərbaycana da şamil oluna bilərmi? Əgər belə bir qərar tətbiq olunarsa, bu, təxminən hansı dövrə qədər olan zamanı əhatə edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil məsələləri üzrə ekpsert Ramal Şəmşədli Azərbaycanda bəzi Avropa şirkətləri tərəfindən Rusiya diplomlarının tanınmaya biləcəyini deyib:

 

 

"Tətbiq olunan qərarın Azərbaycana aid olması gözlənilmir. Rusiya bizə qonşu ölkədir və artıq illərdir ki, bizim Rusiyadan məzun olan xeyli sayda vətəndaşımız var. Bu şəxslər arasında həkim, mühəndis də daxil olmaqla, yüksək vəzifədə çalışanlar çoxdur. Avropanın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi-siyasi sanksiyalar fonunda təhsillə bağlı sanksiyanın tətbiqini bizə aid etmək olmaz. Azərbaycanda Avropa ölkələrinin nəzdində olan şirkətlər ola bilsin ki, Rusiya diplomlarını tanımayıb, belə şəxsləri işə götürməsinlər. Lakin Azərbaycan tərəfindən belə bir qaydanın tətbiqi real görünmür”.

 

 

 

Ekspert diplomlarının tanınmamasının müvəqqəti olacağını da deyib:

 

 

"Verilən qərarın müvəqqəti xarakter daşıyacağını düşünürəm. Biz inanırıq ki, dövlətimizin, Türkiyənin və müharibənin davam etməsində maraqlı olmayan ölkələrin səyi nəticəsində münaqişə sonlanacaq və sanksiyalar aradan qaldırılacaq. Azərbaycanlı tələbələr Rusiyada təhsil alırsa və bu diplomlar tanınma şərtlərinə uyğundursa, o zaman bu sənədlər 100 faiz Təhsil Nazirliyi tərəfindən tanınacaq”.

 

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...