Çin də Rusiyaya zərbə vurdu: "İndi daha ağır vəziyyətə sürüklənəcək"

Çin də Rusiyaya zərbə vurdu:
"Rusiya növbəti zərbəni dostu Çindən alıb”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kreml Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə satmağı planlaşdırsa da, bu ölkə Qərbin sanksiyalarından ehtiyat edir:

"Ona görə də Pekin "müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsaitinin bank üzərindən ödənişi problematikdir. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən, Çin neftə olan tələbatının əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır”.

Ekspert əlavə edib ki, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb:

"Bunun da səbəbi eynidir. Çin Qərb ölkələrinin sanksiyalarından ehtiyat edir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək. Ancaq Kremlin Pekinə etiraz etməyə haqqı yoxdur. Pekin ən azı Kremlə bunu deyə bilər: "Ukraynaya hücum edərkən mənimlə məsləhətləşmişdin?””.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xəstəxanalardakı uzun növbələrə çarə - VİDEO

Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.   Sfe...

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib...

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verir...

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....