Respublikaçı senatorlar Baydenə məktub ünvanladılar: "Ukraynaya döyüş təyyarələri göndərək"

Respublikaçı senatorlar Baydenə məktub ünvanladılar:
ABŞ-da 42 respublikaçı senator prezident Co Baydenə müraciət edib.
 
Sfera.az bildirir ki, senatorlar Ağ Ev sahibinə məktub göndərərək Ukraynaya daha konkret müdafiə yardımı göstərməyə çağırıblar. Onlar ABŞ-ın Polşa və digər NATO ölkələri ilə əməkdaşlıq edərək, sözügedən ölkəyə döyüş təyyarələri göndərilməsini istəyiblər.

Coni Ernst və Mitt Romney başda olmaqla, senatorlar məktubda Baydenin Ukraynaya müdafiə yardımını alqışladıqlarını, lakin administrasiyanın Ukraynaya təcili ehtiyacı olan döyüş təyyarələri göndərməkdə qeyri-adekvat olduğunu bildiriblər: 

"Biz indiyədək Ukraynaya göndərdiyiniz silahlarla bağlı rəhbərliyi yüksək qiymətləndiririk, lakin Polşanın döyüş təyyarələrini Ukraynaya çatdırmaq variantını rədd etmək qərarınızla qəti şəkildə razılaşmırıq”.

Qeyd edək ki, Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb. Polşa müvafiq döyüş təyyarələrini birbaşa Ukraynaya verə bilməyəcəyini, lakin bu təyyarələri ABŞ-ın Almaniyadakı bazasına çatdırmağa hazır olduğunu bəyan edib. ABŞ isə bu variantı qəbul edə bilməyəcəyini açıqlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...