Rusiya iqtisadiyyatının çöküşü Azərbaycana necə təsir edəcək? - "Manatın sabitliyi pozula bilər"

Rusiya iqtisadiyyatının çöküşü Azərbaycana necə təsir edəcək? -
"Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Bizim proqnozumuza görə, bu tənəzzül dərin olacaq. Defolta gəlincə, bu ssenari artıq qeyri-mümkün görünmür".

Bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva CNBC telekanala açıqlamasında bildirib.

Maraqlıdır, Rusiya iqtisadiyyatı ilə bağlı vəziyyət hansı ölkələrə təsir edəcək? Proses Azərbaycan manatına da təhlükə yarada bilərmi?

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-alim Qubad İbadoğlu deyib ki, Rusiya özü ilə bərabər onun orbitində olan ölkələri də tənəzzülə sürükləyəcək:

"Fikrimcə, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İttifaqına üzv ölkələri - Belarusu, Ermənistanı, Qırğızıstanı və Qazaxıstanı -  təsirləndirəcək. Bundan sonra Rusiyada böhranın  ikinci dərəcədə təsirləndirdiyi ölkələr Tacikistan, Özbəkistan, Türkmənistan və  hazırkı siyasəti davam etdirərsə, Azərbaycan da ola bilər. Odur ki, Azərbaycan höküməti Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meylləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir”.

İqtisadçı, həmçinin qeyd edib ki, Rusiya sərmayəsi olan banklar və şirkətlərlə  bağlı vəziyyətə aydınlıq gətirməlidir:

"Eyni zamanda bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar son günlər dollar alırlar, satmırlar, rubl almırlar, satırlar), ölkədən valyuta çıxarılmasının qarşısı alınmalıdır. Yoxsa Azərbaycanda ayrıca rus bankları və  şirkətləri defolt ola və manatın  kövrək sabitliyi pozula bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...