Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu …– Hansı işlər görülüb?

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu …– Hansı işlər görülüb?
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər salarkən 1990-cı illərin əvvəlləri xatırlanır. O zamanlar xalq milli dövlətçiliyini bərpa edə bilsə də mənəvi sarsıntılara məruz qalmışdı.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan islahatlar nəticəsində ölkədə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Bundan sonra həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb.

1995-ci ildə hazırlanmış ilk Konstitusiya demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva edib. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoyub. 

Çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilir.  Qanunvericilik davamlı olaraq təkmilləşdirilir. 

1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib.
 


Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.
 


Bir qayda olaraq dövlət cəmiyyət, cəmiyyət isə dövlətlə sintez şəklində olmasa, köklü məsələlər həll ola bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan demokratik dövlət olması mümkünsüzdür. Demokratik cəmiyyətin yeganə  siyasi hakimiyyəti hüquqi dövlətdir. O, ümumi bəşəri sərvət sayılmalıdır. 
 
Azərbaycanın yeni Konstitusiyasının preambulasında qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması xalqın niyyətlərindən biri kimi təsbit edilib. Azərbaycanda vətəndaş cəmiyyətinin rolu bütün istiqamətlərdə önəmlidir.
 
Vətəndaş cəmiyyətində mühüm rol oynayan bir sıra QHT-lər hökumətə idarəçiliyin bütün səviyyələrində, eləcə də  iqtisadiyyat və sosial siyasət sahələrində də islahatlar keçirməkdə kömək edir. Qanunvericiliyə düzəlişlər edilməsi və ya siyasi məhbuslar kimi çətin və həssas məsələlərdə QHT-lərin səylərini birləşdirmək nümunələri də var. 
 
Belə uğurlu nümunələrdən biri kimi 2006-cı il Azərbaycanın Şərq Qonşuluq Tərəfdaşlığı planına Avropa ilə yaxınlaşma barədə müddəanın əlavə edilməsini göstərmək olar.  Bu, əsasən,  Avropa inteqrasiyası milli platformasının təşəbbüsü ilə keçirilmiş kampaniya nəticəsində mümkün olmuşdu.

Əsas məsələ ondan ibarətdir ki, vətəndaş cəmiyyəti ölkə ictmaiyyətinin səsini, xüsusilə də Azərbaycanda güclənən avtoritarlığa qarşı tənqidi olanların səsi, mövqeyi və baxışlarını beynəlxalq səviyyədə tanıtdırır.

Əzizə Zeynal 
 
Mövzu: Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
 

OXŞAR XƏBƏRLƏR

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.   Sfera.az xə...

Kürdəmirdə faciə: qatarın qarşısına qəfil çıxan şəxs öldü

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qata...