Rusiya-Ukrayna müharibəsi ABŞ-nin diqqətini bu ölkədən yayındıra bilmədi: "Sanksiyalara qoşulmasalar..."

Rusiya-Ukrayna müharibəsi ABŞ-nin diqqətini bu ölkədən yayındıra bilmədi:
"Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymondo deyib ki, Çin şirkətləri Rusiya əleyhinə sanksiyalara qoşulmasalar, onlara qarşı da sanksiyalar tətbiq olunacaq”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 
 
Politoloq bildirib ki, Çinin Şanxay şəhərindəki nəhəng "SMIC" şirkəti Qərb texnologiyaları əsasında proqram təminatı üçün yarımkeçiricilər istehsal edir:
 
"Semiconductor Manufacturing International Corp" (SMIC) şirkəti Rusiyaya məhsul ixrac edərsə, ABŞ həmin şirkəti proqram təminatından məhrum edəcək. ABŞ-nin ticarət nazirinin sözlərinə görə, ölkəsi Çinin həmin şirkəti ilə əməkdaşlığı dayandırsa, Çin çip istehsal edə bilməyəcək. Bu Çinə böyük zərbə olar. 
Beləliklə, Vaşinqton çalışır ki, Pekin Ukrayna məsələsində "neytral” siyasətdən əl çəksin. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel də bir müddət əvvəl Çinin xarici işlər naziri Van İnə müraciət edərək müharibənin dayandırılması məqsədilə Pekinin Kremlə təsir etməsini istəyir.  
Buna baxmayaraq, Pekinin mövqeyində dəyişiklik yoxdur. Əlbəttə Pekin müharibənin dayandırılmasını istəyir. Çünki müharibənin davam etməsi Çin üçün geosiyasi və geoiqtisadi risklər yaradır. 
 
Birincisi, Çinin Ukrayna ilə iqtisadi əməkdaşlığı donub, Çin Ukraynadan kənd təssərrüfatı məhsulları idxal edə bilmir. 
 
İkincisi, Qərb sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının zəifləməsi nəticəsində Çinin böyük bazarda gəlirləri azalacaq. Çünki Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti getdikcə azalacaq. 
 
Üçüncüsü, müharibənin davam etməsi Çinin "bir kəmər, bir yol” layihəsinə təhlükə yaradır. 
 
Dördüncüsü, Amerika Ukrayna böhranı fonunda Çinin müxtəlif şirkətlərinə qarşı sanksiya siyasətini genişləndirə bilər ki, bu, Pekinə əlavə problemlər yaradacaq”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...