Avropa Rusiyanın enerji resurslarından imtina edəcək – Son tarix açıqlandı

Avropa Rusiyanın enerji resurslarından imtina edəcək – Son tarix açıqlandı
Avropa İttifaqı Rusiyanın enerji resurslarından imtina etmək niyyətindədir. 
 
Sfera.az "Reuters”ə istinadən xəbər verir ki, təşkilatın liderlərinin Versal sammiti üçün hazırlanmış bəyannamə layihəsində Rusiyadan qaz, neft və kömür idxalının dayandırılması öz əksini tapıb. 
 
Qeyd edək ki, Rusiya təşkilat üçün ən böyük enerji tədarükçüsüdür. Rusiya Avropa İttifaqının qaza olan ehtiyacının 40 faizini, neftin 25 faizindən çoxunu, kömürün isə təxminən yarısını təmin edir.
 
İttifaq ölkələri müxtəlif dərəcədə Rusiya resurslarından asılıdırlar. Almaniya, İtaliya, Macarıstan və Avstriya Rusiya qazından daha çox asılıdır. 
 
Martın 9-da Avropa Komissiyası ittifaq ölkələrinə Rusiyadan kömür, neft və qazın idxalını tamamilə dayandırmağı təklif edib. Planlaşmaya əsasən ittifaq ölkələri 2030-cu ilə qədər Rusiyanın enerjidaşıyıcılarından xilas ola biləcək. 
 
Beynəlxalq Enerji Agentliyi də Avropa İttifaqına Rusiya qazından asılılığın azaldılması planını təklif edib. Proqram Rusiya ilə yeni müqavilələrin rədd edilməsini və enerji sektorunda yaşıl keçidi nəzərdə tutan 10 bənddən ibarətdir. 
 
Rusiyada isə hesab edirlər ki, Avropa sanksiyalar tətbiq etməklə emosional hərəkət edir. Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib ki, Rusiya resurslarından imtina fəlakətli nəticələrə gətirib çıxaracaq. O, bu qərarın yanacağın qiymətinin qalxmasına səbəb olacağını deyib. Novak iddia edib ki, neftin bir barelinin dəyəri 300 dollara çata bilər. 
 
Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Stanislav Mitraxoviç düşünür ki, ittifaqın Rusiya neftindən imtina etməsi hasilatı azaldacaq. O, əmindir ki, Avropanın Rusiyanı tərk etməsi üçün bir neçə il lazım olacaq.

Vasif

OXŞAR XƏBƏRLƏR

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.   Sfera.az xə...

Kürdəmirdə faciə: qatarın qarşısına qəfil çıxan şəxs öldü

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qata...