Dünya İqtisadi Forumu Rusiya ilə əlaqələrini tam dondurdu

İqtisadiyyat
20:27 / 09.03.2022
1847
Davosdakı Dünya İqtisadi Forumu (WEF) Rusiya ilə əlaqələrini donduraraq strateji tərəfdaşlığı dayandırıb. Bu barədə xarici KİV-lər xəbər verir.
Qeyd edilir ki, WEF sözçüsü Amanda Russo bununla bağlı bildirib: "Biz sanksiya tətbiq olunan hər hansı şəxslərlə əməkdaşlıq etmir və Rusiya təşkilatları ilə əlaqələrimizi dondurduq”.
WEF ABŞ, Avropa İttifaqı, İsveçrə tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara əməl etmək, yəni sözügedən ölkənin bankları və neft şirkətləri ilə əlaqələri dayandırmaq öhdəliyini daşıyır.