Ukrayna atəşkəsdən sonrakı ağır hücumlara hazırlaşır: Müxtəlif ölkələrdən 20 min əsgər gəlib

Ukrayna atəşkəsdən sonrakı ağır hücumlara hazırlaşır: Müxtəlif ölkələrdən 20 min əsgər gəlib
Ukrayna rəhbərliyi atəşkəsdən sonra yenidən başlayacaq ağır hücumlara hazırlaşır.
 
Sfera.az bildirir ki, ekspertlər hava hücumunda böyük üstünlüyə malik olan Rusiya quru qoşunlarının da sayca Ukraynadan üstün olduğunu vurğulayıb. Kiyev administrasiyası isə bu bərabərsizliyi aradan qaldırmaq üçün fərqli addım atıb. Belə ki,  hər ölkədən muzdlu əsgərləri dəvət edən Ukrayna dövləti bu insanlara müharibəyə qatılacaqları təqdirdə gündə 2 min dollar veriləcəyini açıqlayıb. Könüllü muzdlulardan ibarət yeni Legionerlər qrupu Ukraynanın qeyri-rəsmi ikinci ordusu olaraq adlandırılıb.

Məlumata görə, bu məqsədlə dövlətin nəzarətində olan rəsmi internet saytı yaradılıb və bu sayt vasitəsilə müəyyən addımlar atılaraq, uyğun namizədlər Ukraynaya gedib orduya qatılmağa təşviq edilir. Xüsusən də İngiltərə, ABŞ və Avropa ölkələrindən Rusiya işğalına qarşı olan ukraynalılar və ya keçmiş hərbi xidmət təcrübəsi olanlar bu çağırışı cavabsız qoymayıblar.  Sözügedən saytla yanaşı, bəzi özəl şirkətlər də legioner alır və xarici ölkələrdə bu şirkətlərin reklamları internetdə yayımlanmağa başlayıb.

"Fightforua.org” adlı saytda Ukrayna ordusu əsgərlərinin fotoşəkilləri ilə yanaşı, müraciət üçün tələblər və atılacaq addımlar da bir-bir paylaşılıb. Qeyd olunub ki, könüllülər ilk növbədə Ukraynanın öz ölkələrindəki səfirliklərinə müraciət etməli və lazımi prosedurları tamamlamalıdırlar. Legionerlər qrupuna hansı ölkələrdən insanların qoşula biləcəyi həm siyahı ilə, həm də xəritədə ətraflı şəkildə müəyyənləşdirilib. Son açıqlamalara görə, artıq dünyanın 52 müxtəlif ölkəsindən ən azı 20 min insan müharibəyə qoşulmaq üçün Ukraynaya gedib və artıq cəbhədə öz yerlərini tutublar.

Xatırladaq ki, Ukrayna prezidenti Zelenski  "Biz hamının Avropanın təhlükəsizliyi üçün yaradılmış müdafiə qüvvələrinə qoşulmasını gözləyirik. İstəyən hər kəs ukraynalılarla çiyin-çiyinə vuruşa və 21-ci əsrin işğalçılarına qarşı dura bilər”, - deyə söyləmişdi.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR