Rubldan inanılmaz eniş - Sentdən ucuz satılır

Rubldan inanılmaz eniş - Sentdən ucuz satılır
Rusiya rublunda ucuzlaşma bu gün də davam edib. Rublda günlük ucuzlaşma 11 faizi ötüb.  
 
Sfera.az xəbər verir ki, artıq rubl bir sentdən də ucuzdur. İndi bir rubla 0,85 sent almaq olar. Lakin bu məzənnə rublun ABŞ dollarına qarşı faktiki nisbətini göstərmir. Çünki valyuta dəyişmə məntəqələrində, banklarda xarici valyuta tapmaq mümkün deyil. Xarici valyutanı isə yalnız "qara bazar”larda tapmaq olar ki, burada da bir rubl 50-55 sentdir. 
 
Rusiya Mərkəzi Bankının qərarına uyğun olaraq yaxın 6 ay ərzində banklardan xarici valyuta almaq məhdudiyyəti gətiriləcək. Yalnız 10 min ABŞ dollarına qədər olan vəsaiti xarici valyuta ilə nağdlaşdırmaq olacaq. Hesabda olan qalan vəsait məzənnəyə uyğun olaraq rublla ödəniləcək.
 
Belə bir vəziyyətdə rublun daha çox ucuzlaşacağına dair proqnozlar var. Əgər neftin qiyməti enərsə və dollar bahalaşmaqda davam edərsə, rublda çöküş bir qədər də dərinləşəcək. 
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR