Neft 200 dollara qalxacaq? - Bu baş verərsə Azərbaycan...

Neft 200 dollara qalxacaq? - Bu baş verərsə Azərbaycan...
"İrana sanksiya aradan qaldırılmasa, neftin 200 dollara qalxa biləcəyinə şübhə etmirəm. Çünki dünyada ən çox neft ehtiyatına malik Venesuela (300 milyard barel) sanksiyaya görə neft sata bilmir”.
 
Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O, İranın da sanksiyalar altında boğulduğunu vurğulayıb:

"İndi də Rusiyaya neft-qaz sanksiyası tətbiq edilsə, qiymət fantastikası olacaq.  Bu ölkələr neft ehtiyatlarına görə birinci,  dördüncü və səkkizinci yerləri tutur. Qaz ehtiyatında isə İran və Rusiya ilk iki yerə sahiblik edir. Odur ki, hazırkı vəziyyət ciddi psixoloji basqı yaradıb. "OPEC+"un qoyduğu məhdudiyyət isə daha da qiymətləri alovlandırır. Bunun aradan tam qaldırılması isə bu ilin sentyabrında nəzərdə tutulub. Maya qədər hər ay 400 min barrel aradan qaldırılacaq. Azərbaycanın bu məhdudiyyətdə payı 43 min barel qalıb. 

Hazırda Azərbaycandan neft hasilatı 675 min barel səviyyəsindədir. Baza ilində Azərbaycanda  718 min barel hasil edildiyini nəzərə alsaq, məhdudiyyətlər artdıqca neft hasilatımız artacaq. Amma bu qiymət artımının uzun müddətli olmayacağını düşünürəm”.

Müsahibimiz bildirib ki, proseslərin gələcəyi sual altında olduğundan neftə olan psixoloji tələbat artıb:

"Sabah nələrin baş verəcəyi, nə qədər uzanacağı bilinmir, hətta Rusiya-Ukrayna müharibəsinin Üçüncü dünya müharibəsinə çevrilmə riski də neftə olan təlabatı artırır və bütün neft anbarları, rezervuarları ehtiyat neftlə doldurulur. Nə zaman ki, münaqişə bitib ölkələr arasında razılaşmalar əldə edildi, o zaman neft baha qiymətə alınmayacaq və  indi tədarük edilən anbarlardan istifadə olunmağa başlayacaq. Bu isə neft fyuçerslərinin qiymətinin sürətlə enməsinə gətirib çıxaracaq. Amma nə qədər ensə belə 80, uzağı 70 dollara qədər enmə ola bilər. Çünki, bütün hallarda Qərb öz enerji strategiyasını artıq rus karbohidrogen ehtiyatlarından imtina üzərində quracaq. Bu isə təklif azlığı məsələsini həmişə gündəmdə saxlayacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda iki qardaş bıçaqlandı

Bakıda iki qardaş bıçaqlanıb.   Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.   1989-cu il təvəllüdlü Amil Tağıvev mübahis...

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...