ABŞ və müttəfiqləri rus neftindən imtina edir – Bu qərar qiymətlərə necə təsir edəcək?

ABŞ və müttəfiqləri rus neftindən imtina edir – Bu qərar qiymətlərə necə təsir edəcək?
ABŞ hökumətinin yeni qərarı ilə Rusiyadan neft və maye qaz idxalı dayandırılıb. Bununla bağlı qərarı ABŞ prezidenti Co Bayden dünən açıqlayıb. Bayden müttəfiqlərinə müraciət edərək onları da oxşar addım atmağa çağırıb.

Bəs, ABŞ-nin bu qərarı və müttəfiqlərinin rus neftindən imtina ehtimalı qlobal neft bazarında qiymətlərə necə təsir edəcək?

Sfera.az bildirir ki, ABŞ şirkətləri hər gün Rusiyadan 700 min barel (illik 32-33 milyon ton) neft alır və bu həcm Rusiyanın ümumi neft ixracının 6-7 faizini təşkil edir. 

ABŞ neft idxalını dayandırdığına görə Rusiya 700 min barel nefti digər ölkələrə təklif etməyə məcburdur. Bu hal əslində dünya bazarında təklifin həcminin artmasına və qiymətlərin bir qədər azalmasına səbəb ola bilər. Bunun üçün ABŞ digər ölkələrdən neft idxalını artırmamalıdır.

Hazırda dünyada neft istehsalının həcmi neft istehlakının həcmindən azdır. Son məlumatlara əsasən gündəlik istehsal 99 milyon barel olduğu halda, istehlak 101 milyon barelə yaxındır. 

Əgər ABŞ Rusiya ilə əlaqədar neft idxalını azaldar, əvəzində istehlakı yerli mənbələr hesabına ödəyərsə, o zaman neft bazarında qiymətlər enişə keçəcək. Çünki bu halda günlük istehsal 100 milyon barelə yüksələcək, istehlak isə 101 milyon bareldə qalacaq. Nəticə etibarilə tələblə təklif arasında olan fərq azalacaq və qiymət səviyyəsi bir qədər enəcək. 
 
ABŞ neft balansında tarazlığı təmin etmək üçün ilkin mərhələdə strateji ehtiyatlardan istifadə etmək qərarına gəlib. Strateji ehtiyatların həcmi 60 milyon bareldir və bu həcmlə Rusiya neftinin yoxluğunu 3 ay kompensasiya etmək olar. 
 
Neft bazarı üçün təhlükə ABŞ müttəfiqlərinin oxşar addımı atmasından sonra yarana bilər. Əgər müttəfiqlər də Rusiyadan neft idxalını dayandırarsa, o halda bazarda ciddi qiymət təlatümü yaşanacaq. Rusiyanın hər gün bazara çıxartdığı 5 milyon barel nefti qısa müddətdə digər istehsalçıların əvəzləməsi mümkün
deyil. 
 
Bu səbəbdən qarşıdakı günlərdə ya neft qiymətləri daha çox yüksələcək, ya da Rusiyadan neft idxalının dayandırılması siyasəti təxirə salınacaq. 
 
Vasif

OXŞAR XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

Sabah Rusiya və Ukrayna 500-ə yaxın əsiri qaytaracaq

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u yeni məhbus mübadiləsi həyata keçirəcək.   Sfera.az xəbər verir ki, bu ...

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamen...

Qarabağın bərpasına 3 ayda nə qədər vəsait ayrılıb?

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.   Sfera.az Maliy...

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...