"Rusiya Ukraynada məğlubiyyətə uğrasa, Qarabağdan da çıxacaq, əks halda..." - ŞƏRH

"Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşı çıxaraq vəziyyəti böhrana yuvarlamağa çalışır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycanla Rusiya arasında ötən ay imzalanan Moskva bəyannaməsinin bəndləri  ilk gündən pozulmağa başladı:

"Birinci, Bəyannamənin imzalanmasından bir neçə saat sonra tarixi "Türkmənçay” müqaviləsi ilə bağlı qeydində Rusiya XİN Azərbaycan ərazilərini "Şərqi Ermənistan” adlandırdı. İkincisi, Qarabağda general Volkovun komandalığı altında Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini Azərbaycan mövqelərinə atəş açmağa təhrik edir, ümumi situasiyanı gərginləşdirməyə çalışır. Üçüncüsü, Rusiya müdafiə nazirliyi Ukraynada qondarma respublikalara Azərbaycan ərazisindən "Dağlıq Qarababağ Respublikası” ifadəsi işlətməklə humanitar yardım edildiyini vurğuladı. Bu onu göstərir ki, Rusiya tərəfi konkret olaraq Azərbaycana qarşı təzyiqlər edir. Həmçinin özünün imza atdığı Moskva Bəyannaməsinin bəndlərini pozur”.

Müsahibimizin sözlərinə görə,  Rusiya hərbiçiləri situasiyanı o qədər gərginləşdirib ki, Azərbaycan  Müdafiə nazirliyi təxribatlara sərt cavab verilməsini tapşırıb:

"Baş verənlər göstərir ki, Rusiya Ukrayna ilə müharibədə məğlub olarsa, Qarabağdan çıxması mümkün olacaq. Əks halda, Azərbaycanın müstəqilliyini təhdid edəcək, Qarabağda yenidən prosesləri alovlandıracaq. Digər tərəfdən, Prezident İlham Əliyevin  Türkiyəyə səfəri baş tutur. Bu səfər regionda baş verənlərlə bağlıdır. İsrail prezidenti də Türkiyədə olacaq. Türkiyə-Azərbaycan və İsrail tandeminin formalaşması mümkündür. Azərbaycanın təhlükəsizliyinin təmini daha da qabarıq şəkildə üzə çıxıb. Artan risklər və Rusiyanın təhdidləri, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını labüd edir. Bunun üçün hərbi doktirinada dəyişiklikər  mütləqdir”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

Sabah Rusiya və Ukrayna 500-ə yaxın əsiri qaytaracaq

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u yeni məhbus mübadiləsi həyata keçirəcək.   Sfera.az xəbər verir ki, bu ...

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamen...

Qarabağın bərpasına 3 ayda nə qədər vəsait ayrılıb?

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.   Sfera.az Maliy...

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...