Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR

Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR

ABŞ-ın hazırkı prezidenti Barak Obamanın kiçik qızı yay üçün özünə iş tapıb.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Saşa Massaçusets ştatının Martas-Vinyard adasında balıq restoranlarından birinə xəzinədar kimi işə düzəlib. Jurnalistlər öyrənib ki, qız işə başlamazdan əvvəl təlim keçib.

 

O, müəssisənin aşağı mərtəbəsində işləyir. Restorana gələn şahidləri bildirib ki, onlar qıza 6 nəfərin kömək etdiyini görəndə təəccüblənib: "Biz qızın kimliyini öyrəndikdən sonra məsələnin nə yerdə olduğunu anladıq. Saşa işləyəndə altı nəfərlik mühafizə xidməti də restoranın girişində oturub növbə çəkir”.

 

İş yeri təsadüfən seçilməyib. Martas-Vinyard adasında balıq restoranı prezident ailəsinin daimi istirahət yeridir. Xarici KİV-in məlumatına görə, qız dörd saat işləyir, şənbə günləri istirahət götürür.

 

Prezidentin 18 yaşlı böyük qızı - Maliya İspaniyada  ABŞ səfirliyində təcrübə keçir. Əvvəllər o, "HBO” və "CBS” çəkilişlərində assistent kimi çalışıb.

 

Fotoları təqdim edirik:

  
 
 
 
 

 



OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetind...

Psixoloq qorxu evləri barədə: "Hansısa psixoloji və fiziki şiddət..."

Son zamanlar gənclərin əylənmək üçün üz tutduğu yerlərdən biri də qorxu evləridir. Ötən gün də tragikomik bir hadisə baş verib. Belə ki, qızlar Bakıda fəaliyyət...

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) ...

Ukrayna PUA-ları Rusiyanın ən böyük zavodlarından birinin sonunu gətirib

Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından biri olan Bryansk "Kremniy EL" zavodu pilotsuz təyyarələrin hücumundan sonra fəaliyyətini dayan...

Üzeyir Mehdizadə ilk dəfə ailəsindən danışdı - 3 övladım...

"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edi...

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb.   Sfera.az şirkətə istinadə...