ABŞ-dən neft bazarını sirkələyəcək həmlə: Qiymət 200 dollara yüksələ bilər!

ABŞ-dən neft bazarını sirkələyəcək həmlə: Qiymət 200 dollara yüksələ bilər!
ABŞ Prezidenti Co Bayden canlı yayımda çıxışı zamanı ölkəsinin Rusiyadan neft idxalını dayandırdığını deyib. Rəsmi Vaşinqton bənzər qərarın avropalı müttəfiqləri tərəfindən də verilməsini gözlədiyini bildirib. 

ABŞ və müttəfiqlərinin enerji sanksiyası Ukrayna-Rusiya müharibəsində nəyi dəyişəcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, bu addım dünya bazarında neftin qiymətindəki artımı daha da sürətləndirəcək.

"Ağ Ev Rusiyadan təkcə xam nefti deyil, həm də bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-nin ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağa çalışacaq.

"Brent" markalı neftin 1 barelinin qiyməti 130 dollardan baha təklif olunur. Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 -200 dollaradək yüksəlməsi çox zaman almayacaq”.

V. Bayramovun sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır: 

"ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Birləşmiş Ştatları neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularını bağlamaq üçün zaman lazımdır.

Birləşmiş Ştatların isə OPEC-dən və xüsusən də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir. Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın da Avropaya mavi qaz nəqlinin dayandırması da istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan alır. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olur. İnflyasiyanın sürətlənəcəyi bu dönəmdə "İngilis qaydaları” prosesləri diktə etməkdədir”.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...