"Eurovision - 2017"yə 15 milyon ayrıldı

Ukrayna hökuməti "Eurovision - 2017” mahnı müsabiqəsinin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına 15 milyon avro vəsaitin ayrılması haqqında qərar qəbul edib.

BiG.AZ xəbər verir ki, bu haqda məlumat hökumət portalında yerləşdirilib.

Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub. Yarışı qəbul etmək istəyən şəhərlər arasında ilk olaraq Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson olsa da, onlardan yalnız üçü - Kiyev, Dnepr və Odessa növbəti mərhələyə adlayıb. Ev sahibi olacaq şəhərin adı ötən ayın 27-də elan olunmalı olsa da, maliyyə məsələlərinə görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Xatırladaq ki, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision - 2012” mahnı müsabiqəsi keçirilib. Bakıda baş tutan müsabiqə "Öz məşəlini alovlandır” şüarı altında təşkil olunub.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...