Azərbaycanda “zavod çörəyi” 1 manata satılacaq

Azərbaycanda “zavod çörəyi” 1 manata satılacaq
İlin əvvəlindən bəri dəyəri 70 faizdən çox artan buğdanın bir tonunun qiyməti bu gün Çikaqo birjasında 485 dollara yüksəlib.

Sfera.az xatırladır ki, bir il əvvəl buğdanın tonunun qiyməti 240 dollar idi.

Buğda qiymətlərinin sürətlə yüksəlməsi Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Hər iki ölkə dünyada əsas buğda ixracatçılarından hesab edilir və onlar məhsulun böyük hissəsini Qara dənizdəki limanlar vasitəsilə daşıyırlar. Hazırda Qara dənizin Ukraynaya və Rusiyaya yaxın hissələrində hərbi qarşıdurma yarandığından buğda təchizatında problem yaranıb.

Digər tərəfdən, müharibə ilə əlaqədar Ukraynada yeni mövsüm üçün buğda istehsalında ciddi azalmanın olacağı gözlənilir.

Hər iki amilin təsiri ilə buğda qiymətlərində son illərin yeni rekordu müəyyənləşir. Birja analitiklərinin fikrincə, buğdanın qiymətində artım davam edəcək və tezliklə qiymətlər 500 dollar həddini ötəcək.

Buğda qiymətlərinin artması Azərbaycanda un və undan hazırlanan məmulatların, o cümlədən də çörəyin bahalaşmasına səbəb olacaq.

Xatırladaq ki, ölkəmizdə dairəvi çörəyin ("zavod çörəyi”) qiyməti bir müddət əvvəl 30 faiz artıb. Çörəkdə bahalaşma qeydə alındığı dövrdə buğdanın qiyməti 290 dollar idi. İndi isə qiymətlər əvvəlki səviyyədən təxminən 200 dollar yüksəkdir.

Böyük ehtimalla, buğdanın qiyməti əvvəlki səviyyəyə tezliklə qayıtmayacağı təqdirdə çörək istehsalçıları qiymətlərə yenidən baxmalı olacaqlar. Yeni buğda qiymətləri nəzərə alındığında "zavod çörəyi”nin dəyəri ən azı 1 manata yüksəlməlidir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...