DİN-dən aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ

DİN-dən aksiyaya hazırlaşan qadınlara XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

"Əgər belə bir cəhd olarsa, polis əməkdaşları tərəfindən aksiyanın qarşısı qətiyyətlə alınacaq”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda Fəvvarələr Meydanında ("McDonalds”-ın qarşısından) "8 marş -Susa bilmirik!” şüarı ilə yürüş keçirmək istəmələri ilə bağlı hazırlıqlara başlayıblar. Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib. (APA)

OXŞAR XƏBƏRLƏR