Dünyada koronavirusdan ölənlərin sayı açıqlandı – 6 milyondan çox şəxs…
Media
16:59 / 07.03.2022
1764
Dünyada koronavirusdan ölənlərin sayı 6 milyonu ötüb.
Sfera.az xəbər verir ki, "Johns Hopkins” Universitetinin tərtib etdiyi məlumatlara görə, üçüncü ilinə qədəm qoyan koronavirus epidemiyası səbəbilə son dörd ayda 1 milyon insan ölüb.
Ciddi izolyasiya siyasəti sayəsində virusdan qismən qorunan uzaq Sakit okean adaları isə indi yüksək yoluxduruculuğa malik Omikron variantının təsiri altındadır.
Polşa, Macarıstan, Rumıniya və digər Şərqi Avropa ölkələrində koronavirus səbəbilə yüksək ölüm göstəriciləri diqqət çəkir. Xəstəliklərin çox olduğu bölgədə son vaxtlar Ukraynadakı müharibədən qaçan 1,5 milyondan çox qaçqın var.
ABŞ koronavirusdan 1 milyona yaxın insanın ölümü ilə dünyada ən böyük rəsmi ölüm nisbətinə malik ölkədir.
"The Economist” jurnalının bir qrupunun təhlilinə görə, dünyada COVID-19-dan həyatını itirən insanların sayının 14 milyon ilə 23,5 milyon arasında olduğu təxmin edilir. Araşdırmaya görə, bu müddət ərzində təxminən 450 milyon COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.
Əzizə Zeynal