Ukrayna və Rusiyanın XİN başçıları Antalyada görüşəcəklər
Media
15:45 / 07.03.2022
1331
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da Antalyada görüşəcəklər.
Sfera.az xarici KİV-ə istinadən xəbəverir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər.
Nazir Antalya Diplomatiya Forumunda rus və ukraynalı həmkarları ilə bir araya gələcək.
Əzizə Zeynal