Neftin qiyməti 130 dollara yüksəldi - Sürətlə bahalaşmanın SƏBƏBİ

Neftin qiyməti 130 dollara yüksəldi - Sürətlə bahalaşmanın SƏBƏBİ
Bu gün birjalar açılanda neftin qiymətlərində növbəti sıçrayış qeydə alınıb.
 
Sfera.az xəbər verir ki, ilk saatlardan "Brent” markalı neftin qiyməti 10 faizdən çox artaraq 130 dollara çatıb. Ötən həftənin sonu neftin qiyməti 118 dollar idi.
 
Neftin sürətlə bahalaşmasına fevralın 25-də Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb olub. Həmin tarixdən bəri neft 35 dollar və ya 37 faiz bahalaşıb.
Bu gün qeydə alınan bahalaşma isə ABŞ-nin gözlənilən qərarı ilə bağlıdır. Rusiyadan ən çox neft alan ölkələrdən biri ABŞ-dir və rəsmi Vaşinqton Rusiyadan neft idxalına qadağa qoymağa hazırlaşır. Bu rəsmi xəbər neftin daha çox bahalaşmasına səbəb olub.
 
"Brent” neftinin qiymətində sonuncu dəfə belə yüksək qiymət 2012-ci ilin yanvarında qeydə alınmışdı. Hazırkı qiymətlər son 10 ilin ən yüksək qiymətidir.
İndiyə qədər ən yüksək qiymət isə 2008-ci ilin may ayında olub. Həmin tarixdə "Brent” nefti 141 dollara satılmışdı.
 
Azərbaycan neftinin qiyməti ötən həftəsonu 119 dollara çatmışdı. Əgər bu gün "Brent” nefti 130 dollara stılarsa, o halda, Azərbaycan neftinin qiyməti 132-135 dollara alıcı tapacaq.

Vasif 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...