ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

ARDNF:
Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report”a müsahibə verib:

Sfera.az sözügedən müsahibəni təqdim edir:

- Dünya bazarında neft və təbii qazın qiymətlərinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş qiymətləri iki dəfədən çox üstələdiyini nəzərə alaraq, bu il ARDNF-ə əlavə nə qədər vəsaitin daxil olması gözlənilir?

- Fondun 2022-ci il büdcəsində mənfəət neftinin və qazın satışı maddəsi üzrə ümumilikdə 5 046,5 mln ABŞ dolları məbləğində (xam neftin 50 ABŞ dolları qiyməti ilə) vəsaitin daxil olması nəzərdə tutulub. Xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təqribən 1,4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır.

- Neftin qiymətinin proqnozları üstələməsi ilə əlaqədar ARDNF-in büdcəsinə yenidən baxılması gözlənilirmi?

- "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu, onun əsas parametrlərinin, o cümlədən xam neftin baza qiymətinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq, Fondunun büdcəsində dəyişiklik edilməsi icmal və dövlət büdcəsində edilən dürüstləşdirmə prosesi çərçivəsində həyata keçirilir.

- Gəlirlərin artmasını nəzərə alaraq, ARDNF-in xərclərinə yenidən baxıla bilərmi? Bu xərclər hansı sahələri əhatə edə bilər?

- "Büdcə sistemi haqqında" qanuna əsasən icmal büdcənin tərkibində Fondun xərclərinin yuxarı həddi büdcə qaydası, o cümlədən bu qaydaya uyğun olaraq hesablanan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi əsasında müəyyən edilir.

Bununla əlaqədar Fondun xərclərinə yalnız icmal və dövlət büdcəsində edilən dəyişikliklər çərçivəsində yenidən baxıla bilər. Hazırda Fondun büdcəsi çərçivəsində dövlət büdcəsinə transfer ödənişləri, habelə iki təhsil proqramının, o cümlədən "2019-2023-cü illərdə ali təhsil sisteminin rəqabətqabiliyyətliyinin artırılması”, habelə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramları”nın maliyyələşdirilməsi təmin edilir. Fondun digər sahələr birbaşa maliyyələşdirməsi nəzərdə tutulmur.

- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı əlavə vəsaitin ayrılması nəzərdə tutulurmu?

- Bu istiqamətdə maliyyələşdirmə dövlət büdcəsi çərçivəsində həyata keçirildiyindən, qeyd edilən məsələyə büdcə xərcləri çərçivəsində baxılır. Fondun büdcəsində nəzərdə tutulan proqramlardan əlavə olaraq hər hansı digər layihələrə vəsaitin birbaşa ayrılması nəzərdə tutulmur.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...