Ukrayna XİN naziri qorxunc faktlar açıqladı: "Rus əsgərlər ələ keçirdikləri yerlərdə qadınları zorlayırlar"

Ukrayna XİN naziri qorxunc faktlar açıqladı:
Rusiyalı əsgərlər barədə qorxunc iddia irəli sürülüb.
 
Sfera.az bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rus hərbiçilərinin Ukraynadakı qadınlara təcavüz etdiyini söyləyib. Bu barədə o, Londonda "Chatham House”da keçirilən seminarda danışıb. "Təəssüf ki, bizdə rus əsgərlərinin Ukrayna şəhərlərində qadınları zorlaması ilə bağlı çoxsaylı faktlar var”, deyə nazir qeyd edib.

Qurum rəsmisi iddiasını təsdiqləyən heç bir sübut təqdim etməsə də, bir həftədən çox davam edən döyüşlərdən sonra Rusiyanın ələ keçirdiyi yeganə böyük şəhər olan Xersonda 11 zorlama hadisəsinin qeydə alındığını bildirib. Kuleba medianı "Rusiyanın Ukraynaya qarşı cinayətləri haqqında həqiqəti yaymağa” çağırıb. "Bizdən qat-qat güclü olan düşmənə qarşı vuruşuruq. Ancaq beynəlxalq hüquq bizim tərəfimizdədir və ümid edirəm ki, bu, bizə kömək edəcək", - deyə nazir deyib.

Onlayn tədbirdə sviter və gödəkçədə çıxış edən Kuleba, həmçinin  "Xarici işlər nazirinə bənzəmədiyim üçün üzr istəyirəm" söyləyib və millətin iztirabları arasında beynəlxalq hüquqdan danışmağın çətin olduğunu əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın ukraynalı əsgərləri və ailələrini əsir götürdükdən sonra ictimaiyyət qarşısında edam edəcəyi iddia edilirdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....