Ukraynalı döyüşçüdən Həbib Nurməhəmmədova sərt tənqid: "Namus və imandan danışırdın..."

Ukraynalı döyüşçüdən Həbib Nurməhəmmədova sərt tənqid:
İdman dünyasının bir çox tanınmış simaları Rusiyanın Ukraynaya hücumlarını pisləsələr də, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov səssiz qalıb.
 
Sfera.az bildirir ki, ukraynalı MMA döyüşçüsü İhor Potieria isə bunu sərt şəkildə tənqid edib. İdmançı bu barədə sosial media hesabından paylaşım edib.

"Milyonlarla insan səni izlədi, səni bütləşdirdi. Bir çox döyüş sənəti salonlarında örnək oldun. Karyerana Ukraynada başladın. Namus və iman haqqında danışdın. Amma indi susursan...", -deyə İhor Həbibə səslənib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR