Ukrayna məhv etdiyi Rusiyaya aid aviasiya texnikalarının sayını AÇIQLADI

Ukrayna məhv etdiyi Rusiyaya aid aviasiya texnikalarının sayını AÇIQLADI
"Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri Rusiyaya aid olan ən azı 39 təyyarəni və 40 helikopteri məhv edib”.
 
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, ölkənin hava hücumundan müdafiə qüvvələri dünən Rusiyaya məxsus 3 ədəd Su-25 qırıcı təyyarəsini məhv edib. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub.

Bundan başqa, ötən gün Rusiyaya məxsus 3 helikopter də məhv edilib.

Nazirlik bildirir ki, müharibənin başladığı 9 gün ərzində isə Ukraynanın hava hücumundan müdafiə qüvvələri ən azı 39 Rusiya təyyarəsini və 40 helikopterini məhv edib: 

"Ukraynaya hərbi müdaxilədən öncə Rusiya ordusu Ukrayna sərhədləri ətrafında 700 ədəd aviasiya texnikası cəmləşdirmişdi. Bunlardan 450-yə yaxını təyyarə və 250-dən çoxu helikopter idi".

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...