Çindən Nüvə silahı ilə bağlı XƏBƏRDARLIQ – Fövqəladə iclas keçirildi
Media
12:14 / 04.03.2022
1746
Çin Xalq Respublikası Rusiyanın Ukraynaya hərbi hücumları nəticəsində artan ekoloji fəlakət qorxuları fonunda bütün maraqlı tərəfləri Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Sfera.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yüksək səviyyəli rəsmilərinin fövqəladə iclasında çıxış edən Çinin nümayəndəsi Vanq Qun üzv ölkələri bu növ işləri siyasiləşdirməməkdən çəkinməyə çağırıb.
O bildirib ki, Nüvə təhlükəsizliyi ilə bağlı məsuliyyət suveren dövlətlərin üzərinə düşür və bununla bağlı məsələlər müəyyən edilmiş prosedurlar vasitəsilə həll edilməlidir.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasına hücumu dayandırmağa çağıraraq stansiyanın partlayacağı təqdirdə təsiri Çernobıldan on dəfə böyük olacağı xəbərdarlığını etmişdi.
Rəsmi Kiyevin son açıqlamasına görə isə, Rusiya ordusu artıq Zaporojye AES Atom Elektrik Stansiyasına nəzarəti ələ keçirib.
Əzizə Zeynal