Neftin qiyməti yenidən ucuzlaşır
Cəmiyyət
09:26 / 05.08.2016
1609
Analtiklər bildirir ki, Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək.
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,93% ucuzlaşaraq bir barelə görə 43,88 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,91% azalaraq 41,55 dollar təşkil edib.
Melbourne İG Ltd.-nın bazar araşdırmaçısıEvan Lucas: "Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək. ABŞ-dan gələn tələb olduqca yaxşıdır. Əgər qiymətlərdə dalğalanma olarsa, bu makrorisklər və geosiyası səbəblərdən dolayı olacaq”
.