Aİ ilk dəfə Ukrayna üçün bu sistemi işə saldı: Qaçqınlar 27 ölkədə 3 il...

Aİ ilk dəfə Ukrayna üçün bu sistemi işə saldı: Qaçqınlar 27 ölkədə 3 il...
Rusiya-Ukrayna müharibəsindən sonra bir milyondan çox mülki şəxs Ukraynanı tərk edib. Bu barədə BMT-nin məlumatında qeyd olunub. Avropa İttifaqı (Aİ) isə hesab edir ki, Rusiyanın hücumu səbəbindən daha dörd milyona yaxın insan ölkəni tərk etməyə cəhd edə bilər.
 
Bəs, ukraynalı qaçqınlar hansı ölkələrə qaçırlar?

Sfera.az bildirir ki, son məlumatlara əsasən, həmin qaçqınlar Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldova kimi ölkələrə, eyni zamanda Rusiya və Belarusa da gedirlər. Artıq Ukraynadan bu ölkələrə 1 002 860 nəfər daxil olub.

Polşa indiyədək 505 582 qaçqını qəbul edib. Yaralı ukraynalıları daşımaq üçün tibbi qatar təşkil edən ölkə, onları yerləşdirmək məqsədilə 1 230 xəstəxananın da siyahısını hazırlayıb. Son illərdə, xüsusən də Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildən bəri bir milyondan çox ukraynalı Polşada məskunlaşıb.
Qeyd edilən digər ölkələrə sığınan ukraynalı vətəndaşların sayı ilə bağlı vəziyyət isə belədir:

Macarıstan - 139.686
Moldova - 97 827
Slovakiya - 72,200
Rumıniya - 51.261
Rusiya - 47.800
Belarusiya – 357 nəfər.

88 147 nəfər bu ölkələrdən Avropaya köçüb.

Məlumata görə, Ukraynadan qaçan şəxslərə qonşu ölkələrə getmək üçün sənədlərə ehtiyacın olmadığı deyilsə də, onların daxili və ya xarici səyahət pasportları, onlarla səyahət edən uşaqların doğum haqqında şəhadətnamələri və tibbi sənədləri olmalıdır. Qaçqın statusu almaq üçün isə onlar Ukrayna vətəndaşı və ya Ukraynada qanuni yaşayan insanlar, məsələn, əcnəbi tələbələr olmalıdırlar.

Nə qədər ukraynalı məcburi köçkün var?

BMT-nin hesablamalarına əsasən, hazırda Ukraynada müharibədən qaçan və öz ölkəsində didərgin düşmüş ən azı 160 min insan var. Avropa İttifaqı hesab edir ki, bu rəqəm 7 milyona çata bilər. Qurum bununla yanaşı, 18 milyon ukraynalının müharibədən təsirlənəcəyini qeyd edib.
 
AB-nin Böhran İdarəetmə komissarı Janez Lenarçiç "Bu rəqəmlər təxmini də olsa, böyükdür və biz bu cür fövqəladə vəziyyətə hazırlaşmalıyıq", deyə bildirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası isə məcburi köçkünlərə kömək etməyə çalışdığını, lakin müharibə vəziyyətinə görə qurumun əməkdaşlarının Ukrayna ətrafında hərəkətinin təhlükəli olduğunu vurğulayıb.  

Həmin qaçqınların hansı hüquqları var?

Aİ və Fransa rəsmilərinin sözlərinə görə, qurum müharibədən qaçan ukraynalılara 27 ölkədə üç ilə qədər qalmaq və işləmək hüququ verməyə hazırlaşır. Onlar, həmçinin sosial rifah və uşaqlar üçün mənzil, müalicə, o cümlədən məktəbə çıxış əldə edəcəklər. Bu, 1990-cı illərdə Balkanlardakı müharibədən sonra tərtib edilmiş, lakin indiyədək heç vaxt istifadə olunmayan Aİ-nin qaçqınlar üçün müvəqqəti müdafiə direktivinə uyğundur.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürüldü

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters məlumat yayıb.   ...

"Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi

Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan ukraynalı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə növbəti məhkəm...

Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı - FOTO

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı Rumeysa Altundağın mədə və bağırsaqlarından 24 ədəd oyuncaq maqnit çıxarılıb.   Sfer...

ADY-dən dumanlı hava ilə bağlı müraciət

“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ...

Bakıda velosipedçilər üçün yeni işıqforlar quraşdırıldı -FOTO

Bakının mərkəzində velosipedçilər üçün nəzərdə tutulan işıqforlar quraşdırılıb.   Sfera.az xəbər verir ki, o cümlədən, paytaxtın Nəsimi rayonu ə...