Rusiyada etiraz aksiyaları bu tarixdən güclənəcək
Media
15:54 / 03.03.2022
1286
Rusiyanın Daxili İşlər Nazirliyi ölkədə planlaşdırılan kütləvi etiraz aksiyaları ilə bağlı əlavə tədbirlər kompleksinin tətbiqini elan edib.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlik regionlarda qanunsuz hərəkətlərə çağırışlarla əlaqədar əlavə tədbirlər görəcək.
"İnternetdə martın 6-da bir sıra regionlarda icazəsiz aksiyaların keçirilməsi ilə bağlı çağırışlar var. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin rəhbərliyi ərazi orqanlarının rəhbərlərinə qanunun təmin edilməsi üçün əlavə tədbirlər kompleksinin həyata keçirilməsini tapşırıb”, - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, kütləvi etiraz aksiyaları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra güclənib.
Vasif