Rus oliqarxın şübhəli ölümü: Sanksiyalara görə intihar edib, yoxsa qətlə yetirilib?

Rus oliqarxın şübhəli ölümü: Sanksiyalara görə intihar edib, yoxsa qətlə yetirilib?
Ukrayna əsilli iş adamı, rusiyalı oliqarx Mixail Uotford  İngiltərənin Surrey şəhərindəki evində ölü tapılıb.
 
Sfera.az bildirir ki, Ukrayna-Rusiya müharibəsinə görə rusiyalı oliqarxların dünya ölkələrinin sanksiya hədəfində ikən belə bir hadisənin baş verməsi şok effekti yaradıb. 

Polisin verdiyi məlumata görə, biznesmenin cəsədini ilk tapan bağban olub. O, evin qarajına girən zaman Uotfordun meyiti ilə qarşılaşıb. Oliqarxın ölümü polis qeydlərində "şübhəli” deyil, "izah edilə bilməyən ölüm” kimi qeyd edilib.  Bu isə oliqarxın öldürülmədiyi, onun intihar edə biləcəyi ilə bağlı şərhlərə səbəb olub. 

Mixailin adı hələ Boris Consonun elan etdiyi sanksiyalar siyahısına düşməmişdi. Buna baxmayaraq, iş adamının sanksiyalardan çəkindiyindən və ya ruslar tərəfindən yaradıldığı deyilən "ölüm siyahısı”na salınmasından qorxaraq intihar etdiyi düşünülür.

Eyni zamanda, Britaniya mətbuatında oliqarxın öz bağbanı tərəfindən asılaraq ölü tapıldığı bildirilsə də, polisin rəsmi məlumatlarında bu, öz təsdiqini tapmayıb. Uotfordun yaxın dostlarından biri mətbuata danışaraq, iş adamının Rusiya ilə Ukrayna arasında gedən müharibəyə görə çaşqınlıq içində olduğunu söyləyib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində İngiltərədə məskunlaşan iş adamı neft emalı zavodu və təbii qaz şirkəti sayəsində hazırkı var-dövlətini qazanıb. Onun evi İngiltərə, o cümlədən Surrey şəhərinin ən bahalı binalarından biri hesab olunur və təxmini dəyəri 18 milyon funt-sterlinqdir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...