"Çelsi" klubunu kimin alacağı bəlli oldu - Heç kim gözləmirdi...

"Çelsi"nin sahibi Roman Abramoviç klubu satacağını açıqlayıb.
 
Sfera.az bildirir ki, iş adamı bu barədə Premyer Liqa klubunun saytına danışıb.  Abramoviç bunun çətin qərar olduğunu söyləyib. O, həmçinin heç bir borcun qaytarılmasını tələb etməyəcəyini bildirib. 

Digər tərəfdən, 55 yaşlı iş adamının Rusiya prezidenti Vladimir Putinlə güclü əlaqələri olduğu iddia edilsə də, o, bunu təkzib edib və hətta satışdan əldə edilən gəlirin Ukraynadakı müharibə qurbanlarına bağışlanacağını söyləyib.

 "BBC Sport”un məlumatına görə, Abramoviç artıq "Çelsi” üçün təkliflər alıb və o, klubu 3 milyard funt-sterlinq dəyərində qiymətləndirir:

"Mən həmişə klubun maraqlarını düşünərək qərarlar vermişəm. Mövcud vəziyyətdə klubu satmaq qərarına gəldim. Çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də klubun sponsorlarının və tərəfdaşlarının maraqlarına uyğun olduğuna inanıram. Klubun satışı sürətlə aparılmayacaq, lakin lazımi prosesə əməl ediləcək”.

Məlumata görə, dünyaca məşhur döyüşçü Konor Makqreqor klubu almağa can atanlar arasındadır. 

Qeyd edək ki, Roman Abramooviç London klubunun səhmlərinin nəzarət paketini 2003-cü ildə 140 milyon funta satın almışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...