Azərbaycanlı oliqarxın qızları Rusiya pasportundan məhrum oldu

Azərbaycanlı oliqarxın qızları Rusiya pasportundan məhrum oldu
Ukraynanın ən varlı insanlarından biri olan - azərbaycanlı oliqarx Vaqif Əliyevin qızı, Əməkdar artist Svetlana Lobodanın keçmiş prodüseri Natella Krapivina Rusiya Federasiyasının pasportundan məhrum edilib.
 
Sfera.az olay-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd olunub ki, Natella Krapivina və onun bacısı A. Əliyeva artıq Rusiya şəxsiyyət vəsiqələrinin sahibi deyillər.  

Daxili İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, vaxtilə qadınlar tam sənədlər paketini təqdim etməyib. Məlum olub ki, Krapivina və onun qohumu sənədləri Rusiya qanunvericiliyindən yayınaraq alıblar. Bu səbəbdən indi onların Rusiya pasportları ləğv ediləcək. Artıq Daxili İşlər Nazirliyi mövcud vəziyyəti tam başa düşmək üçün İstintaq Komitəsinə müraciət edib.

Bildirək ki, Natella Krapivina Ukraynada keçirilən xüsusi əməliyyata açıq şəkildə qarşı çıxıb. Rusiyalı fəalların diqqətini çəkən prodüser instaqramda baş verənlərlə bağlı kəskin danışıb. Belə ki, Rusiya Federasiyasının İnsan Hüquqları Şurası Krapivinaya vətəndaşlıq verilməsinin məqsədəuyğunluğunu yoxlamağı tələb edib. DİN-nin əməkdaşları bu şikayətə reaksiya verərək, gözlənilməz nəticələrə gəliblər.

"Müəyyən edilib ki, Natella Vaqif qızı Krapivinanın (o vaxt azyaşlı idi) Rusiya Federasiyasının vətəndaşlığına qəbulu üçün müraciət edərkən onun qanuni nümayəndəsi tam sənədlər paketini təqdim etməyib",- DİN-in saytında qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....