"Vaxtilə Berlin divarı var idi, bu gedişlə Kiyev divarı da olacaq!" - ŞƏRH

"Qərb Ukraynaya dəstəyini artırmasa, bu ölkə İkinci Dünya müharibəsi sonrası Almaniyanın aqibəti ilə üzləşə bilər. Yəni Rusiya Dnepr çayı sərhəd olmaqla, yeni bir slavyan dövləti yarada, hətta Kiyevi tən ortadan bölən yeni bir Berlin divarı, əslində isə Kiyev divarı çəkə bilər”.
 
Bu sözləri Rusiyanın Ukraynaya hərbi təcavüzü Qərbin dəstəyinin olmayacağı təqdirdə yaranacaq şəraiti şərh edən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Ukrayna xalqının inadlı müqaviməti Kremli daha aqressiv davranmağa vadar edir:
 
"Ukrayna-Rusiya müharibəsi günlərdir davam edir. Qərbin dəstəyi sonrası döyüş əzmi artan Ukrayna xalqı Rusiyaya qarşı inadlı müqavimət göstərir. Proseslərin hazırkı mərhələsi onu deməyə əsas verir ki, rəsmi Kiyev rus işğalı ilə barışmadığı kimi Qərbin dəstəyi ilə Rusiyanı geri çəkilməyə məcur etmək istəyir. 
 
Mövcud vəziyyət Rusiyanın əleyhinədir. Bunu rəsmi Moskvanın son günlər aqressiv hücumları da təsdiq edir. Kreml indiki halda geri çəkilə bilməyəcəyini bildiyi üçün bütün gücü ilə hücumlara dəstək verib ən qısa zamanda Kiyevi təslim olmağa məcbur etmək istəyir”.
 
Politoloq hesab edir ki, Ukrayna müharibəsinin uzanması yekunda bu ölkənin İkinci Dünya müharibəsi sonrası Almaniya kimi iki hissəyə parçalanması ilə nəticələnə bilər:
 
"Rusiya Ukraynanın NATO və Avropa Birliyinə qoşulması ilə razı ola bilməz. Ukrayna da öz növbəsində Donbas, Luqansk, Krımın Ukraynadan alınması ilə razı olmayacaq. Ukraynanın tarixini bilənlərə bəllidir ki, İkinci Dünya müharibəsində faşistlər Ukraynanı bütövlükdə işğal edə bilməmişdi. Aydın məsələdir ki, Rusiya da bunu edə bilməyəcək. Rəsmi Moskva Ukraynanı ya biabırçı məğlubiyyətlə tərk edəcək, ya da bu ölkəni Almaniyada etdiyi kimi iki yerə bölüb yeni bir dövlət yaradacaq”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...