Rusiya Ukrayna ilə növbəti danışıqları təxirə saldı
Media
13:34 / 02.03.2022
1401
Rusiya Ukrayna ilə növbəti danışıqları təxirə salıb.
Sfera.az bildirir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Lakin bununla bağlı Ukraynadan hər hansı açıqlamanın verilmədiyi qeyd olunub.
Xatırladaq ki, Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar zamanı tərəflərin tələbləri bəlli olmuşdu. Qeyd olunmuşdu ki, Rusiya Ukrayna ilə danışıqlarda Kiyevdən parlament səviyyəsində bloklara qoşulmamaq statusunu təmin etməyi və referendum keçirməyi tələb edib. Bundan başqa, Rusiya tərəfi Ukraynadan separatçı Donetsk və Luqansk Xalq Respublikalarını tanımasını və Krımın Ukraynaya qaytarılması tələbini geri götürməsini istəyib.
Ukrayna prezidenti Zelenski isə sosial media hesabından danışıqların nəticə vermədiyini söyləyərək, "Nümayəndə heyəti Kiyevə qayıdanda biz eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərara verəcəyik”, fikirlərini əlavə etmişdi.
Günay Rəsulqızı
Sfera.az