Putinin “gizli qızı” sosial şəbəkə istifadəçilərinin hədəfində - FOTOLAR

Putinin “gizli qızı” sosial şəbəkə istifadəçilərinin hədəfində - FOTOLAR
Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkədə Vladimir Putinin "gizli qızı” istifadəçilər tərəfindən hücuma məruz qalıb.

Sfera.az bildirir ki, Sankt-Peterburqda tələbə olan 18 yaşlı Luiza Rozova xüsusilə "İnstagram” hesabında qəzəbli mesajlara tuş gəlib. Az bir qism gənc qızı müdafiə etsə də, əksəriyyət nifrət dolu şərhlər yazıb. İstifadəçilər onu bahalı həyat tərzi sürdüyünə görə qınayıblar və Putinin hərəkətlərinin minlərlə insanın ölümünə səbəb olduğunu vurğulayıblar.

Belə ki, Luizanın hesabında "Putinə zəng et - əgər səni sevirsə ... bəlkə onu öldürməməyə inandıra bilərsən”, "Heç olmasa atasının etdikləri ilə razılaşmadığını göstərə, ona bir şəkildə təsir edə bilərdi”,  "O susur, çünki bilir ki, atasına bir pis söz desə, böyük pullardan, mənzillərdən və bahalı əşyalardan məhrum olacaq”, "Təəssüf ki, vacib şeylər var. Amma görünür, pul kisələri, villalar onun üçün insan həyatından daha önəmlidir” kimi cümlələr yer alıb.

Digər tərəfdən, bəziləri Rozovanı müdafiə edərək , "Onu mühakimə etməyin, bu, onun günahı deyil",  "Luiza atası belə olduğuna görə heç nə edə bilməz”,  "Uşaqlar, o, sadəcə bir insandır” kimi şərhlər qeyd ediblər.

Qeyd edək ki, Luzia 45 yaşlı multimilyonçu Svetlana Krivonoqixin qızıdır. Rusiya mətbuatının yazdığına görə, Putinlə Krivonoqix arasında münasibətlər 90-cı illərin sonunda başlayıb. O vaxt Sankt-Peterburqda yaşayan Krivonoqix universitetdə oxuduğu müddətdə təmizlikçi kimi də çalışıb. Cütlüyün münasibətinin necə başlayıb, necə bitdiyi məlum olmasa da, 2003-cü ildə yollarının ayrıldığı düşünülür. Sonrakı illərdə milyoner olan Svetlana hazırda Rusiyada bank sahibidir. O, qızının atasının Putin olması ilə bağlı iddiaları heç vaxt şərh etməyib. Putin də heç vaxt açıq şəkildə Luzianı qızı kimi tanımayıb.
 
Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmiladan isə iki qızı var.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...